Modern.az

Türkiyədə Ədalət Partiyası yenidən siyasətə qayıdır

Türkiyədə Ədalət Partiyası yenidən siyasətə qayıdır

Təhsil

12 Sentyabr 2015, 21:30

12 sentyabr çevrilişinin ardınca qapadılan, 1995-ci ildə yenidən açıldıqdan sonra heç bir seçkiyə qatılmayan və lövhə partiyası olaraq qaldıqdan sonra bağlanan Ədalət Partiyası ilk emblemi ilə yenidən qurulur.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, siyasət səhnəsinə Demokrat Partiyanın davamı olaraq çıxan Ədalət Partiyası təşkilat ərizəsini gələn həftə, Adnan Menderes və yoldaşlarının öldürülməsinin 54-cü ildönümündə, sentyabrın 17-də Daxili İşlər Nazirliyinə verəcək. Partiyanın Demirkırat emblemindən əvvəl istifadə etdiyi ilk emblemi, kitab və günəş də yeni yaradılan partiyanın emblemi olacaq.

Partiyanın yaranması ilə bağlı anons bu gün Eypdakı toy salonunda keçirilən iclasla verilib. Süleyman Dəmirəlin plakatları və "Yağış yağarkən mən islanmıram deməzsiniz" sözünün yer aldığı plakatın qarşısında çıxış edən Ədalət Partiyasının qurucu ümumi başçısı professor doktor Vecdet Öz deyib: “Allah nəsib edərsə, qırat yenidən qəzəblənəcək. Bu missiya Türkiyəni yenidən ayağa kaldıracaqr. İsəyimizi qarşıdakı həftə Daxili İşlər Nazirliyinə verərək Ədalət Partiyasını düşdüyü yerdən qaldırırıq”. Demokrat Partiyanın ideoloji deyil, mərkəz partiyası olacağını deyən Öz əlavə edib: “Mərkəzdə sağı-solu qucaqlayan, alternativ siyasətə həmişəkindən çox ehtiyac var. Seçici problemimiz yoxdur. Çirkli hovuzdakı suyu alacağıq, təmiz hovuza axıdacağıq”.

Modern.az
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza