Modern.az

Maşın batdı, sürücü boğuldu

Maşın batdı, sürücü boğuldu

Təhsil

12 Sentyabr 2015, 21:57

Bakının Binəqədi rayonunda vətəndaşa məxsus VAZ markalı avtomobil yanıb. 

Modern.az xəbər verir ki, yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Avtomobillə bağlı digər hadisə isə Hacıqabul rayonunda qeydə alınıb. APA-nın xəbərinə görə, bu gün saat 17.30 radələrində rayonun Atbulaq qəsəbəsi ərazisində maşın sürücüsü ilə birlikdə batıb. Şirvan sakini, 1979-cu il təvəllüdlü Abasov Rəşad Seyidzadə oğlu idarə etdiyi QAZ 3110 markalı 10 LV 260 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirib və avtomobil su kanalına aşıb. Nəticədə sürücü boğularaq hadisə yerində ölüb. Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır. Modern.az    
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza