Ermənistanın şərqində yol nəqliyyat qəzasə nəticəsində yaralanan 30 yaşlı mayor Sevak Qasparyan Yerevandakı “Erebuni” tibb mərkəzində ölüb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Qasparyan sentyabrın 5-də Martuni-Vardenis avtomobil yolunun Tsovak kəndi ərazisində “Mercedes”in yoldan çıxaraq ağaca çırpılması nəticəsində ağır yaralanmışdı.
Həmin qəza zamanı yaralanan kapitan Taron Sedrakyan xəstəxanaya aparılanda yolda ölmüşdü.
Ermənistan Silahlı Qüvvələrinin daha iki hərbçisi – mayor Qriqor Saakyan və gizir Qevork Vardanyan isə hadisə yerindəcə ölmüşdülər.
Qəza zamanı serjant Arutyun Mirzoyan isə yaralanıb.
Modern.az