Bu gün səhərdən İstanbulda güclü yağış yağmağa başlayıb. Leysan şəhərdə yolların qapanmasına səbəb olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yağış həm maşınların, həm də piyadaların hərəkətinə ciddi problem yaradıb. Bəzi yerlərdə leysan hətta qəza hallarının yaranmasına da gətirib çıxarıb.
Yağışın bu gecə davam edəcəyi, hər kv.metrə 50 kilo su yağacağı gözlənilir.
Modern.az