Modern.az

32 min il əvvəl də “Qerkules” yeyilib?

32 min il əvvəl də “Qerkules” yeyilib?

Təhsil

12 Sentyabr 2015, 23:18

 

Min illər öncə insanlar nə yeyib? Adətən paleolit dövründə əcdadlarımızın əsasən ət və giləmeyvə ilə qidalandığını güman edirlər.

Lakin italyan tədqiqatçıları hesab edir ki, həmin dövrlərdə insanlar taxıl məhsulları – konkret olaraq yulaf da yeyiblərmiş.   Modern.az xarici mətbuata istinadən xəbər verir ki, yulafın tarixinin 32 min il əvvələ kimi gedib çıxdığı müəyyən olunub. Bəllidir ki, paleolit dövründə insanlar müxtəlif alətlər, həmçinin üyüdücü daş alətlər də işlədiblər. Florensiya Universitetinin professoru Mariotti Lippi İtaliya, Rusiya və Çexiyada tapılmış belə əmək alətlərini tədqiq edib və onların üzərində yulaf dənəciklərini aşkarlayıb. Onun fikrincə, qədim insanlar yulafı əzib una çevirə biliblər. Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza