Modern.az

Məkkədəki faciədə Bin Laden izi

Məkkədəki faciədə Bin Laden izi

Təhsil

12 Sentyabr 2015, 23:44

Məkkədə kranın aşması nəticəsində yaşanan faciə ilə əlaqədar yeni məlumatlar yayılmaqdadır.

“Daily Mail” yazır ki, 107 zəvvarın həyatına son qoyan bu qaldırıcı kran alman firmasına məxsus imiş. Həmin şirkət isə məşhur terrorçu Üsamə bin Ladenin ailəsinə aid olan Saudi Bin Laden Group tərəfindən idarə olunurmuş. 

Modern.az xarici mediaya istinadən bildirir ki, Səudiyyə Ərəbistanında Bin Laden soyadı hörmətli familiyadır. Burada dünyanın bir nömrəli terrorçusunun 600-ə yaxın qohum-qardaşı qalır.

Saudi Bin Laden Group 1931-ci ildə “Əl Qaidə”nin eks-liderinin atası tərəfindən yaradılıb. Bu şirkət ölkənin tikinti sektorunda inhisarçıdır.

Məkkədə dünən güclü fırtına və yağış nəticəsində qaldırıcı kran aşıb. Bu olay 107 nəfərin ölümünə, 238 nəfərin yaralanmasına səbəb olub.

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza