Modern.az

Stalinin əzbər bildiyi Azərbaycanın xalq mahnısı - TARİX

Stalinin əzbər bildiyi Azərbaycanın xalq mahnısı - TARİX

14 Sentyabr 2015, 11:48


SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş İosif Stalin Bakıda həbsdə yatarkən Azərbaycanın xlaq mahnısından parol kimi istifadə edib. Modern.az saytının təqdim edtiyi bu yazıda həmin maraqlı hadisədən bəhs olunur.

Dünya tarixinin nəhəng hadisələrindən sayılan oktyabr inqilabından əvvəl,  1908-ci ilin mart ayında Bakıda həbs olunaraq Bayıl türməsinə göndərilən Stalin sentyabr ayına qədər burada qalıb. Bu da sirr deyil ki, onun həbsxanadan qaçırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin quruculardan olmuş Məhəmməd Əmin Rəsulzadənin də böyük xidmətləri var.

Həbsxanada yatdığı müddətdə Stalinin həyatına bir xalq mahnımız ömürlük damğa vurub. Təbii ki, sözün yaxşı mənasında. Sonradan dünya ağalığına iddia edən iki-üç şəxsdən biri olan zamanda da Stalin bu mahnını unuda bilməyəcəkdi.

Yəqin ki, hansı xalq mahnımızın bir zamanların “millətlər atası” adlandırılan Stalinə bu qədər  təsir etməsi hamını maraqlandırır.

Gizli parol - xalq mahnısı

Stalin həbsxanada olduğu müddətdə yoldaşlarının onunla gizli xəbərləşməsi mütləq idi. Onların Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. İnformasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan “Pəncərədən daş gəlir” oxunardı. Bu zaman hücrədəkilər artıq məsələnin nə yerdə olduğunu bilər və daşı səs-küy yaratmadan tutardılar. Beləcə, Stalin Bayıl həbsxanasında olduğu müddətdə aralarında xüsusi parol olaraq istifadə edilən bu mahnını çox eşidir və əvvəldən axıra qədər əzbərləyir. Buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edir.

“Həbsxanadan “Böyük teatra”

İllər keçir.... Artıq 1938-ci ildir və Stalin Bayıl həbsxanasındakı dustaq yox, dünyanın taleyini həll edəcək iki-üç adamdan birinə çevrilib. Həmin  il Moskvanın məhşur “Böyük teatr”ında Azərbaycan mədəniyyəti günləri keçirilirdi. Təbii ki, “böyük rəhbər”in bundan xəbəri var idi. O, hətta böyük çıxışdan bir gün əvvəl Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi truppanın məşqlərini də izləyir və çox bəyənir. Üzeyir bəy onu sabahkı böyük çıxışa dəvət edir. Stalin bir şərtlə gələcəyini deyir:  “Əgər Azərbaycandan gələn incəsənət adamları çıxışda “Pəncərədən daş gəlir” mahnısını oxuyarlarsa...” .

Üzeyir bəy bununla razılaşır. Çıxışa bir gün qalanda mahnını qəti bilməyən gənc ifaçılara öyrədə bilir, hətta onu yenidən nota alır. Sabahısı gün Azərbaycan mədəniyyət günlərində “Koroğlu” operası ilə yanaşı, bu mahnı da səsləndirilir və  Stalin çıxışçıları ayaq üstə alqışlayır.

Çıxışdan sonra Azərbaycan bəstəkarları və musiqiçilərinin şərəfinə rəsmi ziyafət verilir. Bu zaman Stalin Üzeyir bəyi öz yanında oturdur və onun şərəfinə badə qaldırır. Hətta Hacıbəylinin bir operasından kiçik ariyanı əzbərdən oxuyur. Ziyafət vaxtı bəstəkarla etdiyi şəxsi söhbətdə isə onun uzun müddətdir qürbətdə yaşayan mühacir qardaşı Ceyhun Hacıbəylinin SSRİ-yə qayıtmasına icazə verir və hətta ona ev, iş, maşın da vəd edir. Üzeyir bəy sonra qardaşı Ceyhuna bu barədə məktub yazır. Lakin Parisdə yaşayan və ömrünü orada başa vuran Ceyhun bəy bu fikirlə razılaşmır, daha doğrusu, Stalinə inanmır. Cavab məktubunda isə əgər Bakıya qayıtsa həbs ediləcəyini qeyd edir.



Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza