Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi aparıldıqdan sonra diqqətlər bu praktikanın bölgələrdə tətbiqinə yönəlib. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Modern.az-a bildirib ki, regionlarda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib və onlardan cavab gölzənilir.
“Biz daha 6 bölgədə diaqnostik qiymtləndirməni aparmaq niyyətindəyik. Bununla bağlı təkliflərimizi vermişik. Burada şəhər və rayonlar da var. Amma ad çəkə bilməyəcəyəm. Çünki ola bilsin ki, bizim təkliflərə dəyişiklik edilsin”.
İlham Nağıyev bu ilin sonuna qədər müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılacağını vurğulayıb:
“Dərs ili başlayır. Yəqin ki, yaxın vaxtlarda bununla bağlı qərar veriləcək, bundan sonra biz bu prosesə başlayacağıq”.
Maliyyə Nazirliyindən isə Modern.az-a bildirlib ki, növbəti ildə respublikanın daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.
Bunun nəticəsində adları çəkilən şəhər və rayonlarda müəllimlərin maaşı artırılacaq. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb.
Aytən ZƏHRA