Bakı müəllimlərinin ənənəvi sentyabr konfransında çıxış edən təhsil naziri Mikayıl Cabbarov 2012-ci ildən bəri ümumtəhsil məktəblərində təhsilin keydiyyətinin yaxşılaşmasının müşahidə edildiyini və bunu ali təhsil müəssisələrinə qəbul olan tələblərinin sayının artımında da müşahidə edildiyini deyib. O, vurğulayıb ki, bu illər ərzində qəbul imtahanlarında 500 baldan çox toplayan şagirldərin sayı artıb və uzun illərdən bəri məhz bu il qruplar üzrə keçid balları aşağı salınmayıb.
Təhsil eksperti Etibar Əliyev Modern.az-a bildirib ki, təhsildə keyfiyyətin yüksəlməsini yeniliklərlə bağlı qiymətləndirmək olar və təhsil sistemində, ümumiyyətlə, orta təhsil pilləsində bir növ canlanma hiss olunur:
“Bu, aparılan islahatların nəticəsində baş verib. Əvvəlcə ən mühüm məqam kimi müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini qeyd etmək istəyirəm, bunun nəticəsində müəllimlərin əmək haqları və dərs saatları artırıldı. Elektron dərslik resursları hazırlınıb. Bununla yanaşı, təhsildə inkişafa xidmət edən digər məqam direktorların kurslar vasitəsilə təyin olunmasıdır. Bu, artıq direktorların üzərinə də yaxşı çalışmaq üçün məsuliyyət qoyur. Keçid ballarının 200-ə qaldırılmasını da mühüm addım hesab etmək olar. Əvvəlki tədris illərində ballar aşğı salınırdı və şagirdlərdə də ümid yaradırdı ki, növbəti qəbul imtahanlarında ballar yenə aşağı salınacaq və onlar tələbə adını qazanacaqlar. Bu illər ərzində məktəb mühitinin yaxşılaşdırılması üçün xeyli iş görülüb. Ən çox 700 bal toplayanlar bu tədris ilində qeydə alınıb”.
Lakin təhsil eksperti vurğulayıb ki, bunlar təhsildəki ümumi problemlərin həll edilməsi kimi qiymətləndirilə bilməz:
“Məktəbə davamiyyət, müəllimlərin keçdikləri dərslərin keyfiyyətinin aşağı olması, məktəb direktorlarının hələ də işə məsuliyyətsiz yanaşması, dərsliklərdə çox ciddi səhvlərin olması kimi problemlər hələ də qalır. Təhsilin məzmunun yaxşılaşdırılması istiqamətində hələlik işlər tam başa çatmayıb. Krikulum islahatları aparılmalıdır və məktəb əvvəlki qaydalarda olduğu kimi məhdud səviyyədə biliklərin uşaqlara verilməsi ilə deyil, eyni zamanda istedad və qabiliyyətlərinin üzə çıxartmasına şərait yaratmalıdır”.
Etibar Əliyev qeyd edib ki, Təhsil Nazirliyinin mətkəblərlə bağlı qurumlarının montironqlər təşkil etməsi yaxşı haldır: “Müəyyən layihələr çərçivəsində iş gedir. Məktəb daxilində neqativ hallara operativ cavab verilir və məktəb idarəetməsində müəyyən gəncləşməyə rast gəlirik. Bunları da müsbət hal kimi qiymətləndirmək olar”.
Aytən ZƏHRA