Modern.az

Bağlanan Asiya Universitetinin tələbələrinin oxuyacaqları yerlər AÇIQLANDI

Bağlanan Asiya Universitetinin tələbələrinin oxuyacaqları yerlər AÇIQLANDI

16 Sentyabr 2015, 11:10

Fəaliyyəti dayandırılan Bakı Asiya Universitetinin tələbələrinin yerləşdirildiyi ali təhsil müəssisələrinin adları açıqlanıb. Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarovun əmrinə uyğun olaraq Bakı Asiya Universitetin təhsil alan tələbələr digər dörd özəl ali məktəbdə təhsillərini davam etdirəcəklər.

“Bağlanan universitetin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Filologiya” (Azərbaycan dili və ədəbiyyatı) və “Xarici dil (ingilis dili) müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr “Odlar Yurdu” Universitetinə, “Filologiya” və “Tərcümə” ixtisasları üzrə təhsil alan tələbələr Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinə, “Dil və ədəbiyyat müəllimliyi” (ingilis dili üzrə) ixtisası üzrə təhsil alan tələbələr Qərb Universitetinə, “Tarix müəllimliyi” və “Tarix” ixtisasları üzrə təhsil alan tələbələr Azərbaycan Universitetinə yerləşdiriliblər”.

Bakı Asiya Universiteti bir müddət əvvəl Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi Bakı Asiya Universitetinin xahişini təmin edib və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. 

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir