Modern.az

Nazirin qardaşı: “Deputatlığa namizəd olmaq üçün qəti qərar verməmişəm”

Nazirin qardaşı: “Deputatlığa namizəd olmaq üçün qəti qərar verməmişəm”

16 Sentyabr 2015, 12:54

“Noyabr ayında keçiriləcək parlament seçkiləri ilə bağlı yekun qərara gəlməmişəm. Deputatlığa namizədliyimi verib-verməyəcəyimi zaman göstərəcək”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin bitərəf deputatı Elton Məmmədov deyib.

Elton Məmmədov namizədliyini hansı dairədən vermək haqqında da düşünmədiyini deyib.

“Hansı dairədən deputat seçilməyim haqqında da danışa bilmərəm. Hələ dəqiq qərar qəbul etməmişəm. Zamanı qabaqlamaq istəmirəm”.

Qeyd edək ki, Elton Məmmədov hazırkı 91 saylı Ucar seçki dairəsindən deputatdır. Elton Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Hakim Yeni Azərbaycan Partiyası 91 saylı Ucar seçki dairəsindən Vüsal Əfqan oğlu Hüseynovun namizədliyini irəli sürüb.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza