Milli Məclisin bitərəf deputatı, “İrəli” gənclər təşkilatının keçmiş sədri Ceyhun Osmanlı seçkilərlə bağlı Modern.az saytına açıqlama verib.
63 saylı Sabirabad 1-ci seçki dairəsinin deputatı Ceyhun Osmanlı yenidən namizədliyini irəli sürməklə bağlı hələ tam qərar verə bilməyib:
“Keçən seçkilərdə mənə səs verib, etimad göstərən hər bir kəsə təşəkkür edirəm. Bu dəfə həmin seçki dairəsindən Yeni Azərbaycan Partiyası Elçin Quliyevin namizədliyini irəli sürüb. Onu tanıyıram, gözəl insandır, Sabirabad üçün can yandıra biləcək adamdır, potensialı var və ona uğurlar arzu edirəm. Seçki önəmli prosesdir, burada tələsik və xaotik qərar vermək olmaz, dəqiqləşdirmələr aparılmalıdır. Hazırda bir sıra iş təkliflər almışam. Bunlar beynəlxalq əhəmiyyətli, həm də Azərbaycan daxili iş təklifləridir. Əgər namizədliyimi versəm və deputat seçilsəm növbəti 5 il yenidən parlamentdə qalmalı olacağam. Ona görə hələ böyüklərlə məsləhətləşmələr davam edir. Qərarım bilinəndən sonra bu haqda məlumat verəcəyəm”.
Aytən ZƏHRA