Modern.az

Müxalifətçi və bitərəf deputatlar hansı dairələrdən namizəd olacaqlar? - SORĞU

Müxalifətçi və bitərəf deputatlar hansı dairələrdən namizəd olacaqlar? - SORĞU

16 Sentyabr 2015, 14:43


Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərin siyahısını açıqlayandan sonra müxalif partiya üzvlərindən və bitərəflərdən kimlərin namizədliyini irəli sürəcəyi yenidən gündəmə gəlib. 

Modern.az saytı hazırda bitərəf və ya partiya üzvi olan deputatlardan yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənib.

17 saylı Yasamal 3-cü seçki dairəsindən deputat Ülvi Quliyev qərarını artıq verib. O, namizədliyini bu dəfə 15 saylı Yasamal 1-ci seçki dairəsindən irəli sürəcək.

Demokratik İslahatlar Partiyasının sədri, 22 saylı Nəsimi 2-ci dairəsinin deputatı Asim Mollazadə də yenidən namizədliklə bağlı qərarını verib. O, yenidən mandat əldə etmək istədiyi dairəni dəyişməyəcək.

72 saylı Yardımlı-Masallı seçki dairəsinin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı hələ tam qərara gəlməyib: “Fikirləşirəm, yəqin bir-iki günə qərarımı verəcəyəm. İşlərim çox olduğu üçün rayona gedə bilməmişəm, ona görə fikrim qətiləşməyib”.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Rövşən Rzayev bildirib ki, sabah elə bu dairədə Seçki Komissiyasına yenidən deputatlığa namizədliyi ilə bağlı sənədlərini təqdim edəcək.

60 saylı Salyan-Neftçala seçki dairəsinin deputatı,  Ana Vətən Partiyasının sədri  Fəzail Ağamalı bildirib ki, artıq dünəndən səlahiyyətli nümayəndəsi vasitəsilə sənədlərini Dairə Seçki Komissiyasına göndərib. “Orada prosedur qaydaları keçirildikdən sonra imzaları toplayıb həmin yerdən yenidən deputatlığa namizəd olacağam.

66 saylı Biləsuvar seçki dairəsinin deputatı Xanhüseyn Kazımlı hələ qərarını qətiləşdirməyib: “Namizədliyimi verməmişəm. Bir-iki günə fikrimi qətiləşdirəcəyəm”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza