Modern.az

Vüqar Əhməd şeyxin qudasının yerinə deputat seçilmək istəyir

Vüqar Əhməd şeyxin qudasının yerinə deputat seçilmək istəyir

16 Sentyabr 2015, 14:54

Dünən Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqladı. Siyahıya 10-dan çox deputatın adının salınmaması maraqla qarşılanıb. Bu dairələrdən biri də 27 saylı Sabunçu ikinci seçki dairəsidir. YAP-ı parlamentdə hazırda təmsil edən Hacı Qalib Salahzadənin namizdəliyi də irəli sürməyib. Əvəzində partiya Dilarə Cəbrayılovanın namizədliyini dəstəkləyib. Bu dairədən deputatlığa daha bir namizəd - tanınmış şair Vüqar Əhməd Modern.az saytına açıqlamasında öz şanslarını dəyərləndirib:

“Mən şansımı yüksək qiymətləndirirəm. Çünki xalqın, çoxminli seçicilərin istəyi ilə namizədliyimi vermişəm. Bütün türk dünyası, Azərbaycan dünyası mənə doğmadır. Sadəcə, Azərbaycanda hər kəs öz namizədliyini əsasən doğma regionundan verir. Mən də doğma Abşeronumdan, babalarımın uyuduğu torpaqdan namizədliyimi xalqın istəyi ilə irəli sürdüm. Uzun illərdir seçiləcəyim dairəyə daxil olan qəsəbələrin xeyir-şərində, dövlət tədbirlərində iştirak edirəm. Nə problemləri olsa, gücüm çatan məqamda kömək edirəm. 35 sayt özümdən xəbərsiz namizədliyimi dəstəkləyib. 300 min nəfər sosial şəbəkələrdə namizədliyimi bəyənib. 45 min seçicim var, 159 min nəfər mənə xeyir-dua mesajı yazıb. Dövlət rəhbərimizə, dövlətimə, xalqımıza, vətənimə etibarlıyam. 32 ildir elm, elm, tarix-ədəbiyyatımız üçün, qeyri-təvazökarlıq olsa da deyim ki, yorulmadan çalışıram. 32 ildə 32 kitab yazmışam. Bioqrafiyam xalqıma, güneyli-quzeyli oxucularıma, sevənlərimə yaxşı məlumdur. Seçilsəm, inşallah, səlahiyyətim olacaq. Seçicilərimin xidmətində durmağa çalışacağam. Məni tanıyanlar bilir ki, özgələr üçün yaşayıram. Demokratiyaya inanıram. Qram-qram qazandığım məhəbbət, hörmət öz təcəssümünü, inşallah noyabrın 1-i qələbə ilə tapacaq”.

Elmin NURİ 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza