“Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkilərində gənclərə üstünlük verməsi çox yaxşı haldır”. Bunu Modern.az-a açıqlamsında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, professor Əli Nağıyev deyib. O, Azərbaycanın daim uğurlu inkişafı üçün ağıllı siyasətçilərin olmasının vacibliyindən də danışıb.
“Parlament siyasət meydanıdır. Siyasətdə də ağıllı, savadlı adamların çox olması mütləqdir. Buna hər zaman ehtiyac var. Əgər Azərbaycanda belə gənclərin sayı çoxdursa, bunu ancaq alqışlamaq olar”.