Modern.az

Rumıniyada Qarabağ müzakirəsi - FOTO

Rumıniyada Qarabağ müzakirəsi - FOTO

13 Avqust 2015, 18:35


“Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti “ İctimai Birliyi,  Azərbaycan Respublikasının Prezidenti yanında   Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə  Rumınıyada “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi və onun beynəlxalq hüquqi aspektləri Avropanın gözü ilə”  adlı layihə çərçivəsində tədbirlər  təşkil edib. 

Modern.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanın Rumıniyada  təbliği istiqamətində daha bir addım atmaq, zəngin Azərbaycanın müasir  tarixinin tanınmasına xidmət göstərmək, Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması işinə mühüm töhvə verməkdir.

Layihənin reallaşdırılması  Azərbaycanlı və Rumıniya gənclərinin yaradıcılıq ünsiyyətinə kömək edib, gənclərin  intellektual səviyyəsini və düşüncə tərzini nümayiş etdirib.  

Layihənin reallaşması Rumıniya auditoriyasında Azərbaycan xalqı və müasir Azərbaycan mədəniyyəti və tarixi barədə əyani təsəvvür yaradıb. Rumıniya gəncləri diskussiyalar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə gənclərimizin düşüncə tərzi, yaradıcılıq üslubları haqqında ətraflı məlumat əldə ediblər.

Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Ticarət Palatasının üzvləri və digər qonaqlar  iştirak edib.


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama