Modern.az

Məkkədə yanğın: 1000-dən çox zəvvar evakuasiya olundu

Məkkədə yanğın: 1000-dən çox zəvvar evakuasiya olundu

17 Sentyabr 2015, 18:20

Məkkədə mehmanxanalardan birində baş verən yanğın zamanı 2 nəfər xəsarət alıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidmətinin əməkdaşları mehmanxanadan 1028 zəvvarı  təcili evakuasiya edib. Onların əksəriyyəti Asiya ölkələrindən gələn zəvvarlardır.

Məlumata görə, yanğın 11 mərtəbəli mehmanxanın 8-ci mərtəbəsində başlayıb.

Sentyabrın 11-də Məkkənin Əl-Haram məscidində kranın aşması zamanı 107 nəfər zəvvar həlak olub, 230 nəfər isə xəsarət alıb. Səudiyyə Ərəbistanı rəsmiləri bu il Hcc ziyarətinə 1,5 milyon zəvvar gözləyir.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir