Modern.az

“Dağlıq Qarabağ düyününün açılması üçün hər şeyi edəcəyik”

“Dağlıq Qarabağ düyününün açılması üçün hər şeyi edəcəyik”

17 Sentyabr 2015, 20:14


"Azərbaycan bizim təkcə siyasi sahədə deyil, iqtisadi və digər sahələrdə də tərəfdaşımızdır. İki ölkə arasında ən yüksək səviyyədə siyasi dialoq mövcuddur. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr inkişaf edir. Ümid edirik ki, əlaqələrin bu səviyyəsi qorunub saxlanılacaq və inkişaf etdiriləcək”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib. M. Zaxarova Dağlıq Qarabağa münaqişəsinin nizamlanması məsələsinə də toxunub: “Bildiyiniz kimi, Rusiya bu münaqişənin nizamlanması prosesinə aktiv şəkildə qoşulub. Biz bu sülh prosesinin məsul iştirakçısıyıq. Ona görə də, hər şeyi edəcəyik ki, Dağlıq Qarabağ münaqişəsi düyününün açılmasını tezləşdirək”. (APA)      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir