Türkiyə paytaxtı tarixi bir gün yaşayıb. Bu gün Ankarada terrora qarşı birlik yürüşü keçirilib.
Modern.az xəbər verir ki, “Terrora xeyr, qardaşlığa bəli” devizi ilə keçirilən yürüş üçün Sıhhiye Meydanına toplananlar Ulusdakl Birinci Məclisə doğru istiqamətləniblər.
Yürüş iştriakçılarının əlində nəhəng Türkiyə bayrağı dalğalandırılıb. Uzunluğu 1500, eni 7 metr olan bayraq vətəndaşların əlində daşınıb. Birlik mitinqində 14 Qeyri Hökumət Təşkilatının liderləri başda olmaqla minlərlə insan etiraz aksiyasında iştirak edib.
Yürüşün keçirildiyi 2 kilometirlik ərazi nəqliyyatın hərəkətinə bağlanıb. Terror aktlarının ola biləcəyi ehtimalına görə təhlükəsizlik tədbirləri gücləndirilib.
Yaxın günlərdə belə bir aksiyanın İstanbulda keçiriləcəyi gözlənilir.