Bu hadisə hazırda internetdə ən çox müzakirə olunan məsələlərdəndir. Hər kəs 5 yaşlı qızın hamilə çıxması və uşaq dünyaya gətirməsinə aid olay haqqında danışır.
Modern.az xarici KİV-lərə istinadən məlumat verir ki, hadisə düz 76 il öncə baş versə də, indi gündəmə gəlib.
1939-cu ilin mayında Peruda yaşanmış bu olay hələ də onu duyanları şoka salır. And Dağlarının ətəyindəki kənddə kasıb bir ailənin qızı 5 yaşlı Lina Medinanın qarnı və sinəsi qısa müddətdə sürətlə böyüməyə başlayır. Anası onun qarnında şişin olduğundan ehtiyatlanaraq həkimə gedir.
Xəstəxanada isə hələ də hər kəsi heyrətləndirən həqiqət ortaya çıxıb – Lina hamilə imş. Onun qarnındakı şiş yox, 7.5 aylıq bir körpə olub. Hadisə ilə əlaqədar ilk öncə qızın atası istintaqa cəlb olunub, amma sonradan dəlil olmamasına üzündən azadlığa buraxılıb. Bu qızın dünyaya gətirdiyi oğlan uşağı Gerardo böyüyənə kimi anasını bacısı zənn edib. O. 40 yaşında xərçəng xəstəliyindən keçinib. Lina isə 38 yaşında ailə quraraq növbəti dəfə ana olub.
Bəzi həkimləri Linanın bətnində əkiz qardaşını daşıdığını və illər sonra onu dünyaya gətirdiyini düşünürlər.