Modern.az

“Ermənistanda toponimlərin erməniləşdirilməsi SSRİ vaxtından başlayıb”

“Ermənistanda toponimlərin erməniləşdirilməsi SSRİ vaxtından başlayıb”

18 Sentyabr 2015, 09:37


Ermənistan hökumətinin bugünkü iclasında ölkədəki türk mənşəli bütün toponimlərin, o cümlədən kənd adlarının erməniləşdirilməsi barədə qərar verib. 
Adları dəyişdirilən yaşayış məntəqələri arasında Tavuş vilayətindəki Tovuz kəndi də var. Kənd bu gündən Tavuş adlanacaq. Zəngəzurda yerləşən Aldərə kəndi Alvank, Hələc kəndi Açanan, Soflu kəndi Njde, Yuxarı Gödəkli kəndi Vardavank və Pəyxan kəndi isə Nor Astxaberd adlanacaq.

Bununla yanaşı, farsca “yeni vadi” mənasını verən Nüvədi kəndinin adı Nrnadzor olacaq. 

Yalnız Şurnux kəndinin adı əvvəlki qaydada saxlanılıb.

Modern.az saytı məsələ ilə bağlı deputat, tarixçi professor Fəzail İbrahimlidən açıqlama alıb. Onun sözlərinə görə, bu, yeni fakt deyil və sovet dövründə də bir neçə dəfə həyata keçirilib. O, ermənilərin bu addımının kökündə duran siyasəti belə izah edir:

“Bu bizim üçün təbii ki, yeni bir şey deyil. Ermənilərin hələ SSRİ zamanında apardıqları siyasətin qanunauyğunluqlarıdır. Ermənilərin bütün həyat və fəaliyyəti özgə torpaqlarına göz dikməkdir. Bu istəkləri genetik kodla nəsildən-nəslə keçir. Sovet dövründə də bir çox Azərbaycan adları dəyişdirilib və o vaxt bunu müəyyən ideoloji məqamlarla əlaqələndirə bildilər. İndi də onların davamçıları tərəfindən bu tendensiya yaşanır. Bu, əslində yüz il bundan sonra üçün, yəni öz övladları üçün atdıqları addımlardır. Yəni yüz il bundan sonra erməni uşaqlarının ağıllarına belə gəlməyəcək ki, buralar türk torpaqları olub. Onlar əslində bunu düşünərək adları dəyişdirirlər. Bunun qabağında dayanan yoxdur. Beynəlxalq hüquq normalarına söykənib kənardan təsir edən yoxdur. Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Bəzi təşkilatları çıxmaq şərti ilə kimsə onları işğalçı adlandırmır. Odur ki, bunlar da izləri itirirlər. Bu, bir növ onların gələcək siyasi məqsədlərinə xidmət edən addımdır”.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir