Seçkilərə qatılan bəzi partiya sədrlərilə Prezident Adminstrasiyasında söhbətlər aparılır. Modern.az-ın məlumatına görə, "Turan"ın yaydığı xəbərdə bildirilir ki, verilən xəbərə görə, bu görüşlərə sentybarın 17-dən start verilib. Belə görüşlər Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Vəhdət Partiyasının sədri Tahir Kərimovla keçirilib.
Mənbə qeyd edir ki, partiya sədrlərini PA-nın rəhbəri Ramiz Mehdiyev şəxsən özü qəbul edib. Partiya sədrlərinə deputat seçildikdən sonrakı “davranışları” ilə bağlı təlimatlar verildiyi iddia edilir.