Modern.az

İsa Qəmbər hakimiyyətə ÇAĞIRIŞ etdi

İsa Qəmbər hakimiyyətə ÇAĞIRIŞ etdi

18 Sentyabr 2015, 11:55


Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Azərbaycan hökumətinə çağırış edib. Modern.az saytı xəbər verir ki, İsa Qəmbər sədi olduğu MSDM adından bildirib:

“MSDM hakimiyyəti ilk növbədə xüsusi zaman və enerji tələb etməyən iki təcili qərarın qəbul edilməsinə çağırır:

1. Bütün siyasi məhbusların azad edilməsi;
2. 1 noyabrda keçirilməsi nəzərdə tutulan seçkilərin müşahidəsində iştirak etmək üçün ATƏT-in Varşava bürosunun əvvəlcədən təklif etdiyi kimi 380 müşahidəçinin ölkəmizə gəlməsinə razılıq verilməsi”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir