Keçmişdə əsgər olmuş fotoqraf Dara Rubyin ABŞ ordusunda xidmət edən qadınları uşaq əmizdirərkən lentə alıb. Onun çəkdiyi fotoşəkil sosial mediada böyük maraqla qarşılanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf sosial mediada qadın əsgərlər haqqında bunları paylaşıb: “Uşaq əmizdirmək onları zəiflətmir, əksinə daha da güclü edir”.
Rubyinin rəğbət toplayan fotosuna belə şərhlər yazılıb: “Fotoqraf bu qadınların özlərini həm ailələrinə, həm də ölkələrinə həsr etdiyini göstərir”.
Dara Rubyin fotodan əldə olunacaq gəliri qadın əsgərlərə yardım üçün istifadə edəcəyini bildirib.
Rubyinin Facebook-da paylaşdığı foto bir həftədə 10 minə yaxın “layk” toplayıb.
Vüsalə Qəzənfərqızı