Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə çox az vaxt qalıb. Modern.az saytı Milli Məclisin hazırkı deputatlarından bir neçəsi ilə əlaqə saxlayaraq, seçkilərdə iştirak ertmək üçün namizədliklərini verib-verməyəcəklərini soruşub.
21 saylı Nəsimi birinci seçki dairəsinin hazırki deputatı Aytən Mustafayeva seçkilərə az vaxt qalsa da, hələ qərar qəbul etməyib.
“Noyabrın 1-də keçiriləcək seçkilərdə iştirak etməyimlə bağlı yekun qərara gəlməmişəm. Bu barədə gələn həftə konkret olaraq açıqlama verəcəm”.
Deputat Fəzail İbrahimli isə xanım həmkarından fərqli olaraq qərarını qətiləşdirdiyini deyib.
"Hazırda deputatı olduğum 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyimi yenid irəli sürmüşəm. Seçkilərdə iştirak edəcəyəm. “Ümid sonda ölür” deyirlər. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Tanrının qismət payında nə varsa, seçki günü bilinəcək”.
Namidə BİNGÖL