“Dərsliklərlə bağlı daxil olan zənglərin hər biri araşdırılır və həllini tapır”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O qeyd edib ki, yeni dərs ili başlayandan dərsliklərlə bağlı mütəxəssislər təlimatlandırılıb:
“Dərsliklərlə bağlı bir sıra məktəblərdə problemin yaranması haqda məlumatlar yayılmışdı. Kifayət qədər dərslik çap olunaraq yerlərə paylanılıb. Eyni zamanda, hər hansı məktəbdə hər hansı səbəbdən problam olsa belə, valideynlərin dərslik almasına ehtiyac yoxdur. Çünki Təhsil Nazirliyinin kifayət qədər dərslik ehtiyatı var”.
O bildirib ki, dərslik problemi olan yerlərdə məsələ qısa müddətdə həllini tapacaq:
“Hər hansı təhsil müəssisəsində təhsil rəhbərləri tərəfindən tövsiyələr edilsə, xahiş edirik ki, vətəndaşlar Təhsil Nazirliyinə müraciət etsinlər”.
Aytən ZƏHRA