Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Alıbəyli” MMC-nin direktoru Məhəmmədəli Salmanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
Modern.az-ın xəbərinə görə Alpout və Qarayusifli kəndlərinin 668 fərdi yaşayış evinin qazlaşdırılması üçün 62,7 km müxtəlif diametrli qaz xətləri çəkilib. 66 ədəd siyirtmə quraşdırılıb, bütün qaz xətlərinin kipliyə və möhkəmliyi yoxlanılıb.Tədbirdə Alpout kənd sakini Şükür Əkbərov, Qarayusifli kənd sakini Almaz Əsədova çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, “Alıbəyli” MMC-nin direktoru Məhəmmədəli Salmanov çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik ediblər.
Tədbirin sonunda kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırılıb.
Modern.az