Müstəqil jurnalist Əhməd Muxtar sentyabrın 18-də təxminən saat 19.00 radələrində saxlanılıb.
Modern.az “Azadlıq” radisosuna istinadən xəbər verir ki, 3 nəfər mülki geyimli onu evinin ətrafında saxlayaraq aparıblar.
Hüquq mudafiəçisi Arzu Abdullayeva hadisə ilə bağlı bildirib ki, onlar jurnalistin saxlanılmasına görə Ədliyyə Nazirliyi yanında İctimai Komitəyə müraciət ediblər.
Sentyabrın 17-də isə Meydan TV-nin əməkdaşı Şirin Abbasovunin 30 sutka inzibati cəza aldığı xəbəri yayılıb. Sentyabrın 18-də hüquq-mühafizə orqanları Şirin Abbasovun faktiki yaşadığı ünvanda axtarış aparıb. Bu haqda onun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, axtarış əvvəlcədən xəbərdarlıq edilmədən aparılıb:
“Axtarış vaxtı evdə Şirinin anası olub. Ona axtarışla bağlı hər hansı rəsmi sənəd təqdim olunmayıb, özlərini yalnız polis əməkdaşları kimi təqdim ediblər və axtarışa başlayıblar”.
Onlar mənzildən 1 stolüstü kompüter, 2 kamera, 1 noutbuk götürüblər.
Elçin Sadıqov deyir ki, bu gün yenidən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedib. Bu dəfə də ona Şirin Abbasovla görüşə imkan yaradılmayıb:
Elçin Sadıqov bildirib ki, görüşə yaradılan əngəllə bağlı daxili işlər nazirinə, baş prokurora və Nərimanov rayon Məhkəməsinə müraciət edib.
Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxıb, bir gün sonra onun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı məlum olub. Anasına İdarədən bildiriblər ki, Şirin Abbasov polisə müqavimətdə təqsirləndirilir və ona bir aylıq izibati həbs cəzası kəsilib.
Modern.az