Modern.az

“Üzeyir Hacıbəyli günü” Füzulidə də qeyd olundu

“Üzeyir Hacıbəyli günü” Füzulidə də qeyd olundu

19 Sentyabr 2015, 11:16

18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün respublikamızda Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Horadiz şəhərindəki Muğam Mərkəzində dahi bəstəkara həsr olunmuş ədəbi-bədi kompozisiya təşkil olunub. Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən təşkil olunan ədəbi-bədi kompozisiyada rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisələrin rəhbrələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ədəbi-bədi kompozisiya musiqisi Ü.Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb. Tədbirdə dahi bəstəkarın romanslarından hissələr oxunub, şerləri səsləndirilib, bəstəkarın “O, olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyalarından hissələr səhnələşdirilib.

Bildirilibki, bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur.

Üzeyir Hacıbəylinin 130 illik yubileyinin keçirilməsi barədə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun bir sıra yaşayış məntəqələrində sislisə tədbirlər keçirilib, dahi bəstəkarın əsərlərindən mahnılar oxunub, operaları səhnələşdirilib.





Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir