Modern.az

Ermənistanda hərbi komissar öldürüldü

Ermənistanda hərbi komissar öldürüldü

19 Sentyabr 2015, 11:21

Ermənistanın Tavuş vilayətində hərbi komissar öldürülüb. Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, vilayətin Şəmşədin rayonunun hərbi komissarı, 49 yaşlı Derenik Papyanı Movses kənd sakini, 41 yaşlı Artur Mkrtçyan oldu silahla qətlə yetirib.

Yerli polis Mkrtçyanı qısa müddətdə həbs edərək Berd rayonundakı polis şöbəsinə gətirib.

Yerli sakinlərin sözlərinə görə, hadisə Artur Mkrtçyanın özünə məxsus olmayan “Niva” markalı maşınla kənd yolunda yüksək sürətlə hərəkət etməsinə görə baş verib. Onun hərəkətinə irad tutan hərbi komissar Mkrtçyanla mübahisə edib. Derenik Papyan tərəfindən döyüldükdən sonra Mkrtaçyan evinə yollanıb və ov tüfəngini götürərək hadisə yerinə qayıdıb. Hərbi komissara 2 dəfə atəş açaraq onu öldürüb.

Cinayəti törədən zamanı onun içkili olduğu da müəyyənləşib. Faktla bağlı Ermənistan Baş Prokurorluğu qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir