Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

19 Sentyabr 2015, 13:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam havanın arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir