AzTV Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini İbrahim Məmmədovla bağlı günlərdir davam edən qeyri-müəyyən durum davam edir. Sentyabrın 15-də rəhbərlik tərəfindən göndərildiyi məzuniyyət müddəti bitən İ.Məmmədovun həmin tarixdə işə çıxacağı gözlənilsə də, hər şey fərqli məcrada davam etdi.
Modern.az xəbər verir ki, İ. Məmmədovun yaxın qohumları musavat.com-a bildiriblər ki, hazırda onun səhhəti pisləşib, kritik həddədir. Xüsusən son günlər güclü stress keçirdiyi üçün ürəyində, başında kəskin ağrılar meydana gəlib. Hazırda yataq şəraitində olan İ.Məmmədova davamlı sistemlər köçürülür. Yaxınlarının bildirdiyinə görə, sədr müavinin durumunda neçə gündür yaxşılığa doğru heç nə yoxdur.
Qohumları eyni zamanda bildirib ki, əgər İ.Məmmədovun durumu bu cür davam etsə, ailəsi müalicəsini Türkiyədə davam etdirmək istəyir. Daha bir məlumat isə onun AzTV-dəki durumu ilə bağlıdır.
Qeyd olunur ki, bir neçə gün öncə İ.Məmmədovun müavin otağı da Arif Alışanovun göstərişi ilə boşaldılıb, otağının və xidməti maşınının açarları isə alınıb.
Modern.az saytı İ.Məmmədovdan haqqında yazılanlara münasibət öyrənməyə çalışsa da, telejurnalist telefon zənglərinə cavab verməyib.
AzTV-dən də iddilar şərh edilməyib.
Aytən Əliyeva