Modern.az

Mərkəzi Seçki Komissiyası müxalifətin namizədləri ilə bağlı açıqlama verdi

Mərkəzi Seçki Komissiyası müxalifətin namizədləri ilə bağlı açıqlama verdi

19 Sentyabr 2015, 15:23


Müxalifətin seçkiləri boykot etməsi ilə bağlı mətbuatda fikirlər səsləndirilir. Səbəb kimi də müxalif yönlü partiyaların namizədlərinin qeydə alınmamağı göstərilir.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Modern.az-a  açıqlama verilib.

“Müxalif yönlü partiyaların namizədlərinin qeydə alınmamağı ilə bağlı MSK-ya müraciət daxil olmayıb. Sentyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib və iclasda Vəhdət Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələrin qeydə alınması, həmçinin Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilib”,-deyə bildirilib.  

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP) noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etməkdən imtina edib. “Azadlıq – 2015” bloku isə parlament seçkilərini boykot edib və digər müxalifət partiyalarını da onları dəstəkləməyə çağırıb.

Həmin partiyaların da seçkini boykot etməsi ehtimalı var.  

Vüsalə Qəzənfərqızı      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir