Ölkədə yeni qaz anbarı yaradılacaq. Modern.az bildirir ki ,bu barədə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mətbuata açıqlama verib. Onun sözlərinə görə yeni anbar blokada şəraitində olan Naxçıvanda yerləşəcək.
Rövnəq Abdullayev həmçinin qeyd edib ki, quyu artıq 3 ildir ki, qazılıb. Duz yatağında və Nehrəm yaxınlığında hazırda işlər davam etdirlir. Geoloji baxımdan isə artıq quyuların yuyulmasına və kameraların qurlaşdırılmasına başlanılacaq.