Modern.az

Deputat yol polisini diz çökdürdü - VİDEO

Deputat yol polisini diz çökdürdü - VİDEO

19 Sentyabr 2015, 22:48

Sosial şəbəkədə Ukrayna Ali Radasının deputatı İqor Mosiyçukun hüquq-mühafizə orqanlarının əməkdaşlarını necə ələ salmasını əks etdirən video yayılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Dövlət Yol Polisinin müfəttişləri dövlət nömrə nişanı olmayan mikroavtobusu  sənədləri yoxlamaq üçün saxlayıblar. Gözlənilmədən avtomobildən maskalı və silahlı kişi sıçrayaraq müfəttişləri yolun hərəkət hissəsində diz çökməyə məcbur edir.

Bundan sonra avtomobildən düşən Mosiyçuk əlində tapança ilə qayda-qanun keşikçilərinə bir neçə söz deyir. Sonra yenidən avtomobilə minərək hadisə yerindən uzaqlaşır.

Xatırladaq ki, Mosiyçuk hazırda həbsdədir. Deputat və Radikal Partiyasının lideri Oleq Lyaşkonun silahdaşı olan Mosiyçuk 2015-ci il noyabrın 15-dək həbsdə qalmalıdır.

 

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir