Modern.az

Bu ölkədə qadın ilk dəfə müdafiə naziri təyin olundu

Bu ölkədə qadın ilk dəfə müdafiə naziri təyin olundu

21 Sentyabr 2015, 12:50


Avstraliyanın yeni hökumətində müdafiə naziri postunu ölkə tarixində ilk dəfə xanım siyasətçi tutacaq. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, baş nazir Malkolm Ternbulun təqdim etdiyi yeni hökumətdə Maris Peynin müdafiə naziri olması təklif edilib.

Malkolm Ternbul Nazirlər Kabinetində qadınların sayının çox olmasının tərəfdarı kimi tanınır. Bu səbəbdən də yeni hökumətdə qadın nazirlərin sayı 2-dən 5-ə qədər yüksəlib.

Onların andiçmə mərasimi bazar ertəsi günü Avstraliyanın payaxtı Kanberrada keçiriləcək.

Malkolm Ternbul ötən həftə baş nazir Toni Ebotun istefaya göndərilməsindən sonra hökumətə rəhbər seçilib.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir