Modern.az

Bakıda “Nurçular”a qarşı əməliyyat - 85 nəfəri tutuldu - Rəsmi XƏBƏR

Bakıda “Nurçular”a qarşı əməliyyat - 85 nəfəri tutuldu - Rəsmi XƏBƏR

21 Sentyabr 2015, 13:29


Sentyabrın 19-da Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsi MTN-nin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir