Modern.az

Ukraynada fahişəlik leqallaşdırılacaq

Ukraynada fahişəlik leqallaşdırılacaq

Təhsil

21 Sentyabr 2015, 16:22


“Pyotr Poroşenkonun Bloku” deputat Yuri Lutsenkonun simasında fahişəliyin leqallaşdırılması ideyasını dəstəklədikdən sonra müvafiq qanun layihəsi parlamentdə qeydiyyata alınıb.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, sənədin müəllifi Ali Radaya “Özünə yardım”ın siyahısından seçilən deputat Andrey Nemirovskidir.

Ukraynada fahişəliyin leqallaşdırılması ilə bağlı diskussiya çoxdan başlayıb. Bununla bağlı ilk təklif Viktor Yuşşenkonun prezidentliyi zamanı edilib, indi isə artıq qanun layihəsi kimi ortaya çıxıb.  

İndi belə qanunun qəbulunun tərəfdarları düşünürlər ki, seks-biznesi məhz bu yolla vergiyə cəlb etmək mümkün olacaq və həmin sahə hüquq-mühafizə orqanlarındakı gizli tərəfin nəzarətindən çıxacaq. Fahişəliyin leqallaşması nəticəsində büdcəyə 4 milyard qrivna əlavə vəsaitin cəlb edilməsi gözlənilir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir