"Skype"-ın texniki dəstəyi xidmətin işində yaranan problemləri həll edib. Modern.az-ın məlumatına görə Proqramın messencer xidməti artıq işləyir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrində "Skype"-a daxil olma problemi yaranmışdı, o cümlədən ABŞ-da, Hindistanda, Rusiyada, Danimarkada və digər ölkələrdə istifadəçilər 10 saatdan artıq müddət ərzində statuslarını dəyişə, digər istifadəçilərlə əlaqə yarada və yaxud ümumiyyətlə xidmətə daxil ola bilməyiblər. (APA)
Modern. az