Modern.az

"WhatsApp" istifadəçilərini təhlükə gözləyir

"WhatsApp" istifadəçilərini təhlükə gözləyir

22 Sentyabr 2015, 01:20

900 milyon üzvü  ilə dünyanın ən fəal mesajlaşma proqramı olan “WhatsApp” istifadəçiləri böyük bir təhlükə ilə qarşı- qarşıyadır.Modern.az – ın xəbərinə görə, bu təhlükənin əsas hədəfi  Android telefonlarıdır. Belə ki, “WhatsApp”-a  bilinməyən nömrədən  “hədiyyə qazandınız” şəklində  spam mesajlar gəlir. Mütəxəssislər istifadəçiləri bu cür mesajlarla göndərilən linklərə daxil olmamağa çağırır.Çünki, xakerlər bilinməyən nömrədən daxil olan bu mesajlardakı linkləri açanların telefonunu ələ keçirir və cihazı istifadəsiz hala salır.

Təhlükəsizlik mütəxəssisləri  bu cür hücumdan ən az ziyanla yaxa qurtarmaq üçün  belə mesajların o dəqiqə silinməsini və telefon nömrəsinin əngəllənməsini məsləhət görür. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir