Beynəlxalq Telekommunikasiya İttifaqı dünya ölkələrində geniş zolaqlı internetin həcmi ilə bağlı geniş hesabat dərc edib.
Modern.az birliyin saytına istinadən xəbər verir ki, Azərbaycandakı ev təsərrüfatlarının 54,6 faizində internet var. Bu göstərici ilə Azərbaycan dünyada 26-cı pillədə qərarlaşıb. Cənubi Qafqaz ölkələrindən Ermənistanda ev təsərrüfatlarının internetə çıxışı 46,6 faiz (35-ci), Gürcüstanda isə 41 faizdir (39).
Ən çox internetə çıxışı olan ailələr Cənubi Koreyada yaşayır. Bu ölkədə ev təsərrüfatlarının 98,5 faizi internetə qoşulub.1. Cənubi Koreya (98,5 faiz)
2. Qətər (98 faiz)
3. Səudiyyə Ərəbistanı (94 faiz)
4. Birləşmiş Ərəb Əmirlikləri (90,1 faiz)
5. Sinqapur (88 faiz)
6. Oman (86,2 faiz)
7. Makao (84,3 faiz)
8. Honq Konq (82,4 faiz)
9. Bəhreyn (81 faiz)
10.Bruney (79,2 faiz)
18. Türkiyə (60,2 faiz)
20. Qazaxıstan (58,8 faiz)
29. Argentina (52 faiz)
43. Cənubi Afrika (37,3 faiz)
47. Meksika (34,4 faiz)
49. Tailand (33,8 faiz)
78. İraq (17 faiz)
80. Hindistan (15,3 faiz)
83. Pakistan (13,2 faiz)
89. Özbəkistan (10,5 faiz)
115. Kuba (4,1 faiz)
133. Eritreya (1,5 faiz)
İnternetdən istifadə edən fərdi şəxslərin sayına görə isə dünya ölkələri aşağıdakı kimi qruplaşıb.
1. İslandiya 98,2 faiz
2. Norveç 96,3 faiz
3. Danimarka 96 faiz
4. Androrra 95,9 faiz
5. Lixtenşteyn 95,2 faiz
6. Lüksemburq 94,7 faiz
7. Hollandiya 93,2 faiz
8. İsveç 92,5 faiz
9. Monako 92,4 faiz
10. Finlandiya 92,4 faiz
16. ABŞ 87,4 faiz
18. Almaniya 86,2 faiz
25. Fransa 83,8 faiz
30. İrlandiya 79,7 faiz
43. İsrail 71,5 faiz
52. Polşa 66,6 faiz
55. Argentina 64,7 faiz
58. Səudiyyə Ərəbistan 63,7 faiz
61. İtaliya 62 faiz
62. Uruqvay 61,5 faiz
63. Azərbaycan 61 faiz
67. Belarus 59 faiz
68. Braziliya 57,6 faiz
73. Qazaxıstan 54,9 faiz
76. Serbiya 53,5 faiz
78. Türkiyə 51 faiz
85. Gürcüstan 48,9 faiz
88. Ermənistan 46,3 faiz
93. Özbəkistan 43,6 faiz
95. Ukrayna 43,4 faiz
107. İran 39,4 faiz
118. Qırğızıstan 28,3 faiz
136. Hindistan 18 faiz
141. Tacikistan 17,5 faiz
153. Türkmənistan 12,2 faiz
168. Mali 7 faiz
181. Efiopiya 2,9 faiz
191. Demokratik Konqo Respublikası 0 faiz
Vüqar İsmayılov