Modern.az

Milli Məclis bu gün toplanır - 39 məsələyə baxılacaq

Milli Məclis bu gün toplanır - 39 məsələyə baxılacaq

30 Sentyabr 2015, 10:01

Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək  ilk plenar iclasına 39 məsələ daxil edilib. Bu haqda Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O, qeyd edib ki, ilk iclasda birinci məsələ kimi Azərbaycan Respublikası Milli Məclisinin  2015-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub, təsdiqlənməlidir.

“Gündəliyə daxil edilən 39 məsələnin əksəriyyəti isə qanunlara edilən əlavə və dəyişiklərlə bağlıdır. “Hərbi qulluqçuların statusu haqqında”, “Diplomatik xidmət haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Qaz təhcizatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” qanunlara, Torpaq Məcəcləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Məcəlləyə və s. sənədlərə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda, bəzi hökümətlərarası sazişlərin, bəyannamələrin təsdiq edilməsi ilə bağlı sənədlər də müzakirəyə çıxarılacaq. “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi isə üçüncü oxunuşda müzakirəyə çıxarılacaq”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var