Modern.az

Həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görşəcək

Həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görşəcək

24 Sentyabr 2015, 11:08


Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində məlumat verib.  

"Biz danışıqların məhsuldar olacağını gözləyirik”,-deyə amerikalı diplomat bildirib. 

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də BMT Baş  Assambleyasının sessiyasında iştirak etmək üçün  Nyu-Yorka yola düşüb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi