Sentyabrın 25-27-də keçiriləcək BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 70-ci sessiyasında Ermənistan prezidenti Serj Sərkisyan iştirak edəcək.
Modern.az saytı xəbər verir ki, bu barədə “Aykakan Jamanak” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.Məlumata görə Azərbaycan və Ermənistan prezidentlərinin sessiya çərçivəsində görüşü istisna deyil.
Qəzet yazıb ki, Serj Sərkisyanın mətbuat katibi Vladimir Akopyan bu nə təsdiq, nə də təkzib edib.
“Bizim əməkdaş Vladimir Akopyandan bu məsələyə aydınlıq gətirməyi xahiş edib. Onun cavabı belə olub: “Hazırda bununla bağlı heç nə deyə bilmərəm””,-deyə qəzet yazıb.
Aqşin Kərimov