Modern.az

Azərbaycanlı girovlara baş çəkilib

Azərbaycanlı girovlara baş çəkilib

24 Sentyabr 2015, 14:41


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara - Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a deyib ki, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub.

İ.Hüseynova bildirib ki, həmişəki kimi onlara ailələri barəsində xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və Ş. Quliyev isə girov götürülüb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!