“Yaxın Şərqdə qeyri-sabitlik yaratdıq. Sonra da özümüzün səbəb olduğumuz xaosa grə terror təşkilatlarını günahlandırdıq”.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ı aşağılayan sözlərin müəllifi 3 dəfə “Oskar” mükafatına layiq görülən məşhur rejissor Oliver Stoundur.O, yerli alimlərlə bərabər yazdığı “Amerikanın danışılmayan tarixi” adlı kitabını seriallaşdırıb və bu barədə ABŞ-ın xəbər agentliklərindən birinə danışarkən ölkəsini aşağılayan sözlər deyib. Onun sözlərinə görə, ABŞ dünya üçün hətta İŞİD-dən də təhlükəlidir:
“Əvvəl problemləri yaradırıq, sonra da bu problemləri həll etmək üçün böyük hərbi planlar hazırlayırıq və o hərbi həll işə yaramır"
Elmin NURİ