Modern.az

İlham Əliyev Məkkədəki faciəyə görə başsağlığı verdi

İlham Əliyev Məkkədəki faciəyə görə başsağlığı verdi

24 Sentyabr 2015, 19:48


Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

Başsağlığında deyilir: " Əlahəzrət,Əziz Qardaşım,

Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!