Modern.az

Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçuş olacaq

Bakıdan  Şarm Əl-Şeyxə birbaşa uçuş olacaq

24 Sentyabr 2015, 20:37

Misirin “Eyr Kayro” aviaşirkəti beynəlxalq reyslərin coğrafiyasının genişləndirilməsi planları çərçivəsində Bakı-Şarm Əl-Şeyx reysini açacaq. Modern. az bildirir ki, Azərbaycanın paytaxtından Misirin məşhur kurort şəhərinə uçuşlar bu il noyabr ayının ortalarında həyata keçiriləcək.

Bu barədə məlumatı Misirin “Albavvabnyus” internet qəzeti “Eyr Kayro” şirkətinin direktorlar şurasının sədri Yasir əl-Ramlinin açıqlamasına istinadla verib. Onun sözlərinə görə, Azərbaycanın paytaxtı Bakıdan turist şəhəri Şarm Əl-Şeyxə aviareysin açılması haqqında qərar Mülki Aviasiya Nazirliyinin Orta Asiya və Avropa ölkələrindən turist axınının çoxalmasını təşviq etmək siyasətinin reallaşdırılması çərçivəsində qəbul edilib. (Azərtac)

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi