Modern.az

Putin və Obama danışıqlar aparacaq

Putin və Obama danışıqlar aparacaq

24 Sentyabr 2015, 20:47

 Rusiya prezidenti Vladimir Putin Nyu Yorkda BMT Baş Assambleyasında iştirakı çərçivəsində ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqlar aparacaq. Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskovun sözlərinə görə, Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Barak Obama ilə aparılacaq danışıqların mövzusu  artıq razılaşdırılıb. Peskov hər iki görüşün bir gündə baş tutacağını bildirib. Ağ Ev, öz növbəsində, BMT Baş Assambleyasında Rusiya və ABŞ prezidentləri arasında görüşün baş tutacağını təsdiqləyib.   

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi