Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı növbəti imtahanın vaxtı bəlli olub.
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, avqustun 27-dən başlayaraq sentyabrın 26-a qədər həkim olmaq istəyənlərin sənədləri qəbul edilib.
Artıq sənəd qəbulu bitdiyi üçün oktyabrın 1-dən başlayaraq ölkədə həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçiriləcək. İmtahan oktyabrın 1, 6 və 8-də baş tutacaq.
Bu dəfə həkimlərin seçimi üçün müsabiqəyə Bakı şəhəri üzrə 164 yer, regionlar üzrə 2720 yer çıxarılıb.Prezident İlham Əliyevin 2012-ci il sentyabrın 5-də imzaladığı sərəncam ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il yanvarın 18-dəki 3 saylı qərarına əsasən nazirliyin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilən yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Aytən ZƏHRA